Axtarış...

VƏTƏNDAŞIN OBYEKTİ QANUNSUZ OLARAQ ÖZƏLLƏŞDİRİLİB?

VƏTƏNDAŞIN OBYEKTİ QANUNSUZ OLARAQ ÖZƏLLƏŞDİRİLİB?

36 ildir işlətdiyi obyekt indi onun əlindən alınır. Səbəb isə vaxtilə aidiyyatı qurumların ona özəlləşdirmə üçün icazə verib illərlə gözlətməsindən, isitfadə edən digər şəxslərin onun obyektini və torpağını özəlləşdirməsi olub.Şikayətçi Füzuli Qəmbərovun 36 dəfə məhkəmə çəkişməsi olub və son olaraq Ali məhkəmə onun xeyrinə qərar çıxarıb,indisə idda edir ki, daha bir tikinti şirkəti onun obyektinə göz qoyub. Paytaxt sakini Füzuli Qəmbərov iddia edir ki, Nəsimi rayonu,Mirqasım 13- ünvanında ona məxsus olan obyekt və boş torpaq sahəsi əlindən alınır. Şikayətçi deyir ki, 1972-ci ildən -2005-ci ilə kimi, icarədarı olduğu torpaq sahəsini özəlləşdirmək istəyi ,ona olmayan problemlər yaradıb.
“2005 ci ildə mənə sənəd verildi ki, biz etiraz eləmirik, get özlləşdir,əmlak komitəsinə getdim, mənə dedilər ki, ora qlobal özlləşdirməyə gedəcək,sənin də yerin özlləşdirilib özünə veriləcək. Narahat olmayın,2010-cu ilə kimi hər il müraciət etdim dedilər ki, gözlə
Füzuli Qəmbərov iddia edir ki, gözlədiyi müddətdə,ona məxsus torpaq sahəsi və obyekt , qeyri qanuni olaraq başqa şəxslər tərəfindən özəlləşdirilib.
“Mən dirənəndə ki, mənim yerimi özlləşdirin,mənə dedilər ora özlləşib,dedim kötük sənəd məndə mənim icazəm olmadan ,Mars-a şirkətinin sahibi Araz Əbdüləzimov. 2013-də gəlib obyektimi dağıtdılar 30 illiki obyektimi”
Füzuli Qəmbərov deyir ki, torpağını özlləşdirən şəxsləri məhkəməyə verib. Ali məhkəmənin qərarı ilə həmin obyektlə bağlı özəlləşdirmə qərarı qüvvədən düşüb,daha sonra,..
“Ali məhkəmə qərarı ləğv etdi və mənə bildirdilər ki, haçan gələcəklər söküntüyü sənin pulunu verib yola salacaqlar. İndi də çıxarış çıxarıblar ki, bizimdir. RR şirkətidir bu işləri törədən, çünki bu şirkəti gəlməzdən heç bir söhbət yox idi. İndi deyirlər bina tikəcəyik, nə tikirlər tiksinlər mənim pulumu versinlər.
“RR Constructions MTK”-nın adı çəkilən rəhbər şəxslərindən olan Nadir Abdullayevi tapa bilməsək də, MTK-dan bildirildi ki, Füzuli Qənbərovun şirkətə qarşı irəli sürdüyü iddalar əssassızdır. Sözügedən ünvanda Füzuli Qənbərovun obyekti xaric, şirkət qeyri yaşayış və fərdi evləri əhatə edən 60 sot torpaq sahəsini özəlləşdirilib və yaxın günlərdə sakinlərin köçürülməsinə başlanılacaq Əmlak məsələləri Dövlət Xidmətindən bildirildi ki, sözügedən ünvanda ümumi sahəsi 1396,3 kvadratmetr təşkil edən 2 mərtəbəli qeyri-yaşayış binası keçmiş Mədəniyyət və Turizm Nazirliyinin məktubu nəzərə alınaraq,2007-ci ildə “Mars-A” MTK-ya icarəyə verilib.Elə həmin ildə şirkət tərəfindən özəlləşdirilib.Lakin .2014-cü il iddiaçılar Füzuli Qənbərov və Babayeva Sevil cavabdeh - keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Mars-A” MTK 3-cü şəxs qismində cəlb edilməklə özəlləşdirmə qərarının ləğv olunmasına dair iddia tələbi təmin edilərək, həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin ləğv olunması qət edilib. Daha sonra Bakı İnzibati-İqtisadi Məhkəməsi qeyri yaşayış sahəsini əhatə edən torpaq sahəsi ilə bağlı özəlləşdirmənin sərəncamının da ,ləğv edilməsi iddiasını rədd edib

Xalqxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz