Axtarış...

“Məni dogma yurduma getməyə qoymurlar” – ZƏNGİLAN SAKİNİ ONA QARŞI QƏRƏZLİ YANAŞILDIĞINI DÜŞÜNÜR…

Zəngilan rayonu, Baharlı kənd sakini Quliyev İlham Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 63 yaşlı şikayətçi onun işğaldan azad olunmuş torpaqlara getməsinə icazə verilməməsindən şikayətçidir:

"Mən, Quliyev İlham Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Allah bütün şəhidlərimizə rəhmət etsin, canları bahasına torpaqları azad etdilər.

63 yaşım var, şəkər xəstəsiyəm. 2019-cu ildə infarkt keçirmişəm. Mən də, başqaları kimi, gedib vətənimi görüb, gəlmək istəyirəm. Bu, mənim arzum, niyyətimdir.

May ayının 17-də 3 nəfər Dərnəgüldə yerləşən Prezident nümayəndəliyinə müraciət etdik. Bizi qeydiyyata alıb dedilər ki, may ayının 31-də burda olmalısınız. Deyilən vaxt yenidən həmin ünvana getdik. Dedilər ki, iyun ayının 13-də gələrsiniz. Yenə də iyun ayının 13-də getdik qeydiyyata. Bu zaman bizə bildirdilər ki, yaxın vaxtda gedib vətəninizi görəcəksiniz.
“Məni dogma yurduma getməyə qoymurlar” – ZƏNGİLAN SAKİNİ ONA QARŞI QƏRƏZLİ YANAŞILDIĞINI DÜŞÜNÜR…

İyun ayı bitdi, səs çıxmadı. İyul ayının 26-da bir yoldaşımıza, 31-də isə digər yoldaşa məlumat verib, onları vətənlərinə göndərdilər. Mənə isə cavab gəlmədi.

Avqust ayının 14-də gedib etirazımı bildirdim. Mənə dedilər ki, "1-2 həftəyə sizə də zəng gələcək, narahat olmayın". Avqust ayının 28-də yenidən getdim, bu dəfə mənə bildirdilər ki, yenidən qeydiyyata düşmək lazımdır. Mənə niyə mane olurlar, niyə qoymurlar gedim vətənimi görüm gəlim? Mən xalq düşməni deyiləm, narkoman deyiləm, cinayətkar deyiləm, səbəb nədir görəsən? Mən sadəcə öz vətənimi, yurdumu görmək istəyirəm. Mənə deyirlər ki, sentyabr ayının 28-də yenidən qeydiyyat düşməlisən. Axı mən qeydiyyata düşmüşəm, niyə məni bu yaşımda torpağıma buraxmırlar?

Bu qurumu cənab Prezident yaradıb ki, vətəndaşlara qarşı mədəni, hörmətlə davransınlar. Yaratmayıb ki, kimisə yaddan çıxarıb qeydiyyata almasınlar və yaxud da qərəzli şəkildə torpağına getməsinə mane olsunlar.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, öz səlahiyyətlərinizdən istifadə edərək, məni niyə doğma yurduma qoymadıqlarını öyrənəsiz. Mən bu cavabı həmin təşkilatdan ala bilmirəm".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz