Axtarış...

Cəlilabadda TORPAQ DƏLƏDUZLUĞU... - İcra hakimiyyəti araşdırmaya mane olur?


Cəlilabad rayon sakini Məmmədov Fərid Oqtay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anasını saxta sənədlərlə aldadıb, torpağını əlindən alıblar:

“Mən, Məmmədov Fərid Oqtay oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Cəlilabad rayonu Qarazəncir, Ocaqlı kənd İnzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Bayramov Məhərrəm Ağabala oğlu, Cəlilabad rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsi ilə əlbir olaraq, anam Məmmədova Nüşabə Sabir qızına məxsus olan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsini ələ keçiriblər.

Belə ki, Bayramov Məhərrəm Ağabala oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, həmin torpaq sahəsini saxta sənədlərlə yeznəsi Ağayev Həbib Ağacəfər oğlunun adına sənədləşdiriblər.

Maraqlı faktlar onan ibarətdir ki, Ağayev Həbib Ağacəfər oğluna saxta sənədləşmələr əsasında verilən sənəd üzərində olan möhür, ştamp, öz zamanına görə 2000-2005-ci il arxivində olmalıdır. Lakin sənəddə 2000-2005-ci ilin möhürü vurulub.

1995-ci il tarixində anama məxsus olan torpaq sahəsini Ağayev Həbib Ağacəfər Oğluna satırlar. Əlimdə əsaslı faktlar olmasına baxmayaraq, Cəlilabad rayon prokuroru Vahid Məmmədov, Cəlilabad rayon Polis Şöbəsi şikayətimə ətraflı baxmayarq, başlarından ediblər. 7 dəfə qeyri -obyektiv araşdırma aparıldığından, həmin qərar rədd edilmişdir.

16.01.2024-cü ildə yenidən araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluğun yazlı göstərişləri əsasında, 8-ci dəfə Cəlilabad rayon Polis Şöbəsinin istintaqına verilmişdir. Dəfələrlə araşdırma getməsinə baxmayaraq, polis bildirir ki, vəzifə səlahiyyətlərinən sui-istifadə halları var, amma bizim səlahiyyətmiz buna imkan vermir ki, cinayət işi açılsın, bu, Cəlilabad Rayon Prokurorluğunun səlahiyyətlərinə aid məsələdir. Yəni Prokurorluq bu işi başından edir, bizim üstümüzə atır.

Cəlilabad Rayon İcra Hakimiyyəti də saxta sənədləşmələrin ortaya çıxmamasına görə, prokurora, polisə təzyiq göstərir. Sözügedən məsələ ilə bağlı əlimdə əsaslı faktlar var. Səlahiyyətli dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz