Axtarış...

Onlar parlamentə qayıda biləcəkmi? - İLGİNC

Onlar parlamentə qayıda biləcəkmi? - İLGİNC

Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbərlər ciddiləşməkdədir.

MSK sədri Məzahir Pənahovun bunun mümkünlüyü barədə açıqlamasından sonra hakim partiya daxilində də deputatlığa namizədlərin kimlər olacağına dair müzakirələr başlanıb.

Qeyd edək ki, hələ bir neçə gün əvvəl Gununsesi.info YAP-ın yeni namizədlər siyahısında indi deputat olan bir çox şəxsin yenidən namizəd olmayacağı barədə xəbər yaymışdı.

Bəzi məlumatlarda isə bildirilir ki, vaxtilə YAP-ı parlamentdə təmsil edən bir sıra məşhurlar da yenidən bu niyyətə düşüb.

Gununsesi.info-nun əməkdaşı onların bəziləri ilə əlaqə saxlayaraq, bu barədə iddialara münasibətlərini öyrənməyə çalışıb.

10 ili Milli Məclisin ən fəal deputatlarından biri olan Musa Musayev saytımıza açıqlamasında hələlik bu barədə fikir ifadə etmək istəmədiyini deyib: “Düzdür, mən Yeni Azərbaycan Partiyasının qurucularından biri olmuşam və 10 Milli Məclis üzvü, 5 il də icra başçısı işləmişəm. Uzun illər işsiz qalandan sonra Nərimanda DSK sədriyəm. Seçkidə iştirakımın olub-olmamasına dair suala gəlincə, seçkilərə start veriləndə mövqeyimi açıqlayacağam”.

Keçmiş deputat Əhəd Abıyev isə “Bu barədə nəsə danışmaq istəmirəm” deyə fikir bildirməkdən imtina edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz