“Əlbəttə ki, Qərb Gürcüstanda "ikinci Ukrayna" yaratmaq, Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə idarə olunan bir ölkə yaratmaq niyyətindədir. Buna görə də hökumət dəyişikliyinə nail olmaqla Gürcüstan siyasətinə əhəmiyyətli təsir göstərmək istəyirlər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
“Gürcüstan sanksiyaları dəstəkləsə, çox şey itirəcək”
Hazırda Gürcüstanda baş verən prosesləri şərh edən politoloq, Qərbin Cənubi Qafqazda varlığını göstərməyə çalışdığını, lakin bunun daha çox gürcü xalqına zərər verdiyini deyib.
“Gürcüstanın mövqeyi haqqında gördüyümüz kimi, o, kifayət qədər güclü deyil. Proseslər artıq ölkədə o qədər də populyar olmayan Saakaşvili ilə bağlıdır. Gürcüstanda hökuməti necəsə dəyişdirmək mümkün deyil. Xarici ölkə agentləri ilə bağlı qanuna etirazlar sayəsində vəziyyəti dəyişdirməyə çalışırlar. Qərb Gürcüstanın anti-Rusiya sanksiyalarını dəstəkləməməsindən və bu vəziyyətin dəyişməsini istəməsindən çox narazıdır.
Bu Gürcüstana ona görə sərf etmir ki, anti-Rusiya sanksiyası iqtisadiyyat üçün böyük bir zərbədir. Gürcüstan iqtisadiyyatını Qərb heç vaxt təmin etməyəcək. Buna görə, təbii ki, Gürcüstan hökuməti bitərəfdir və başa düşür ki, Gürcüstan xalqı bu anti-Rusiya sanksiyalarını dəstəkləyəcəyi təqdirdə çox şey itirəcək”, - deyə D.Qrevtsova bildirib.
“Abxaziya və Cənubi Osetiya ilə sərhəddə Rusiya ilə müharibə olacaq”
Politoloq hesab edir ki, əgər qanun layihəsi qəbul edilməsə, bu, Rusiya ilə yeni müharibəyə qədər çıxa bilər.
“Gürcüstan hökuməti Rusiya və Qərb arasında balanslı siyasət aparmaq istəyir. Ancaq güclərini qorumaq üçün Qərbin onlara hücum etməyə başladığını da başa düşürlər. Maliyyəni azaltmaq və proseslərin sonradan inqilaba çevriləcək olması faktı mövcuddur. Bu səbəblərə görə də, sözügedən qanun layihəsini qəbul etmək istəyirlər. Əks halda növbəti addım Abxaziya və Cənubi Osetiya ilə sərhəddə Rusiya ilə müharibə olacaq. Təbii ki, Gürcüstan əhalisi bunu istəmir və bunun çox böyük bir səhv olacağını başa düşürlər. Beləliklə, indi bu qanun layihəsini olduqca yavaş, rəvan qəbul edirlər. Artıq qanun layihəsi böyük müzakirələrlə, diskussiyalarla ikinci oxunuşdan keçdi”.
Qərbin Gürcüstan qarşısında bir şərt qoyduğuna diqqət çəkən Qrevtsova, bunun yalnız Rusiya ilə bütün münasibətləri kəsmək olduğunu bildirib.
“Qərblə münaqişəyə getmək mümkün deyil. Məsələn, hökumət Rusiya ilə diplomatik münasibətləri bərpa etmək istəyir, lakin Qərb onlara bu izni vermir. Ona görə də çox güman ki, qanun qəbul ediləcək, etirazlar davam edəcək, amma aksiyalar o qədər də, böyük olmayacaq. Eyni zamanda, bu qanun Qərbin Gürcüstandakı müxtəlif fondlara təsirini tamamilə aradan qaldırmayacaq. Ancaq Gürcüstanda Qərbdək göndərilən pul miqdarı əhəmiyyətli dərəcədə azalacaq”, - deyə D.Qrevtsova əlavə edib.
Bizim.Media