Axtarış...

“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?


"Niyə, cənablar?". Dia-az.info bildirir ki, bu ritorik sualla növbəti dəfə "Azəriqaz"da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirib: " "Azəriqaz" İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib.

İkisi də eyni balı toplayıb: 20 bal... İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır.

Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", "hansı kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir(????).

Bu halda sual edirəm: "Azəriqaz" İB seçim zamanı hansı amillərə üstünlük verib?

Nepotizm... qadına qarşı diskrinimasiya... yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz