Axtarış...

Qazma İşləri Tresti hansı qanunla işləyir? - İLGİNC FAKT

Qazma İşləri Tresti hansı qanunla işləyir? - İLGİNC FAKT


SOCAR Kompleks Qazma İşləri Tresti ilə bağlı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı maraqlı bir faktı açıqlayıb. DİA.AZ bildirir ki, hüquü müdafiəçisi bu barədə özünün "facebook" səhifəsində yazıb.

""Ernst and Young" audit şirkəti SOCAR Kompleks Qazma İşləri Trestində xərclərin optimallaşdırması təkliflərini verdi. Həmin təkliflər əsasında da SOCAR KQİT tərəfindən Əmr-Qərar hazırlandı" deyən Mirvari Qəhrəmanlı fikirlərini belə davam etdirir:
Qazma İşləri Tresti hansı qanunla işləyir? - İLGİNC FAKT
Qazma İşləri Tresti hansı qanunla işləyir? - İLGİNC FAKT

"Trest rəisinin, trestin Həmkarlar Təşkilatı ilə birlikdə tərtib etdiyi "Qazma briqadaları işçilərinin iş rejimi" adlı həmin Əmr-Qərarda (əlavə olunur) Azərbaycan Əmək Məcəlləsinin :
1. 103-cü maddəsinin tələbləri pozulub. Belə ki, 12 saatlıq iş rejimində işləyən işçilərə bu maddədə nəzərdə tutulan qaydada nahar və istirahət vaxtı verilmir.
2. 59-cu maddəsinin tələbləri pozulub. Əgər işçinin iş və istirahət vaxtı dəyişirsə, bu əvvəlcə işçilərlə razılaşdırılmalıdır, Əmək müqaviləsində müvafiq dəyişiklik edilməli, həm işçi, həm də işəgötürən imzaladıqdan sonra bu barədə Əmr verilə bilər.
3.16-cı maddənin tələbi 2 halda pozulub:
3.1. eyni sahədə 12 saatlıq iş rejimində işləyən işçilərə nahar və istirahət vaxtı verilmir, onlardan daha az işləyən, 11.5 saat işləyən işçilərə 1 saat verilir.
3.2. eyni sahədə cəmlənmiş iş vaxtında işləyən işçilərdən bir qrupuna nahar fasiləsi vermədən 12 saatlıq, digər qrupuna isə 10.5 saatlıq və 1 saat nahar fasiləsi ilə 11.5 saatlıq iş rejimi tədbiq edilir, yəni işçilər arasında ayrı seçkilik qoyulur.
Əmək qanunvericiliyinin müvafiq maddələrinə zidd olan bu əmrə həm də HT sədri Ə.Əzizov qol çəkib".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz