Axtarış...

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir


Hidrogen enerjisi texnologiyalarının inkişafı üzrə təşəbbüslər genişlənəcək.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib.

Ekspert hesab edir ki, bu cür enerjidən istifadə etmək üçün infrastrukturun yaradılmasının ilkin xərcləri yüksək olsa da, uzunmüddətli iqtisadi səmərə belə keçidi cəlbedici edir: “Hökumətlər və enerji şirkətləri hidrogendən istifadə edərək enerji saxlama ilə bağlı həll yolları tapmaqda daha çox maraqlanırlar”.

Onun sözlərinə görə, bu cür tədqiqatlara siyasi dəstək irəliləyişi sürətləndirə və hidrogen anbarını real layihəyə çevirə bilər.

Siyasi liderlər, ekspertin fikrincə, hidrogen keçidinin inkişafını təşviq edərkən sosial bərabərlik və ədalət məsələlərini də nəzərdən keçirməli olacaqlar, çünki bu, texniki və iqtisadi çətinlikləri olan “mürəkkəb konsepsiya”dır.

O qeyd edib ki, infrastrukturun təyinatının dəyişdirilməsi və mövcud qaz kəmərlərinin hidrogenin nəqli üçün uyğunlaşdırılması da texniki maneələrlə üzləşə bilər, ona görə də belə texnologiyaların inkişafı və tətbiqi qlobal səviyyədə beynəlxalq əməkdaşlıq və təşəbbüslər tələb edir: “Hidrogen keçidi ədalətli yanaşma tələb edir, çünki biz qalıq yanacaq sektorunda potensial iş itkilərini həll etməliyik və işçiləri hidrogen enerjisinə hazırlamaq üçün proqramlar hazırlamalıyıq”.

Bizim Telegram kanalımıza abunə olun
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz