"Baktelekom" abunəçiləri bir həftədir ki, internet ala bilmir.
Abunə haqqı zamanı internetin verilişini anında kəsən provayder 1 həftədir edilən müraciətləri qulaqardına vurur, sözün əsl mənasında abonentləri “yola verir”. Üstəlik, sözügedən provayder internet şəbəkəsi qurduğu ərazilərə başqa provayderlərin girişinə icazə vermir. Nəticədə əlacsız qalan abonent şikayət etməkdən də bezir, zəng edib interneti yenilətməkdən də, modemi təkrar-təkrar yenidən başlatmaqdan da.
Bəhanə isə hər zaman var.
Budəfəki bəhanə belədir - husilərin Yəməndə kabelləri zədələməsi səbəbilə internetin sürəti aşağı düşüb. Lakin bu provayderin təmin etdiyi internetin sürəti husilərin kabel zədələməsindən əvvəl də belə idi. Yəni əslində dəyişən budur ki, əvvəl sürət heç olmasa, gündə 10 dəfə düşürdüsə, indi 100 dəfə eyni problem yaşanır.
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq.
Amma bu araşdırmanın nəticəsini yazmaq üçün internetin olub-olmayacağına kimsə zəmanət vermir…