Axtarış...

“Sazz” İnternet provayderindən ŞİKAYƏT: - “Gün ərzində yalnız 1 saat fasiləsiz internet verilir”



Ölkənin simsiz internet xidməti göstərən ən böyük operatoru olan “Sazz”ın fəaliyyətindən şikayətlər səngimir.

Bu barədə Cebhe.info-ya Corat qəsəbəsində yaşayan abunəçilər məlumat verib. Onlar qeyd edir ki, şəbəkənin internetindən istifadə etmək müşkülə çevrilib:

“3 ilə yaxındır "Sazz"ın xidmətindən istifadə edirəm. Bu şirkətin xidməti heç zaman bizi razı salmayıb. Xidmət bədbaddır. Tez-tez kəsilmələr yaranır. İnternetin sürəti aşağı düşür. Son günlər internetin kəsilməsi, sürətin azalması daha da intensivləşib. 24 saat ərzində bir saat normal internet verilir, o da gecə 2-3 radələrində. Gündüz vaxtı isə adicə “whatsapp”-da gələn səslər belə 10-15 dəqiqəyə açılır. Qaynar xətt telefonlarına zəng edirik, cavab verilmir, əksinə balansımızdan kontur çıxılır. Bu şikayəti tək mən etmirəm. Rəsmi sosial şəbəkə səhifələrində çoxlu sayda iradlarını bildirənlər var. Aylıq standart 25 manat ödəniş edən insanlar normal internet istəyirlər. Amma "Sazz" rəsmisi olaraq heç kim istifadəçilərə bu problemlərlə bağlı açıqlama vermir"-deyə, şikayətdə qeyd olunur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz