Axtarış...

"Qaz puluna gələndə 5 nəfər gəlirlər qapıya..." - GİLEY

"Qaz puluna gələndə 5 nəfər gəlirlər qapıya..." - GİLEY

"Şikayətim "Azəriqaz"dandır". Dia-az.info bildirir ki, bu barədə Şirvan sakini İlhan Paşayev giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Şirvan Şəhəri M.Aydinov-72 ünvanında neçə ildir yanarqaz üzünə həsrətik. Uşaqlar soyuqdan donur evdə. Nə çimmək olur, nə də yemək bişirmək.

Konkret biabırçılıqdır. Nə vaxt qaz idarəsinə zəng edib qazın gəlməyini tələb edirsən, yalandan yola verirlər ki, şkafdı... nədi bilmirəm. Guya onda problem var. Adama deyərlər, problem var düzəldin də. Onu da gəlib biz düzəlməsi deyilik ki.

Qaz puluna gələndə 5 nəfər gəlirlər qapıya. Amma qaz tələb edəndə canları çıxır. Hər ay pulumuzu vaxtı-vaxtında ödəyirik qaz əvəzinə borudan gələn havaya pul veririk Allaha and olsun. Xahiş edirəm buna bir əncam qılın. Dərdimizi kimə deyək bilmirik..."




Şərh yaz