Axtarış...

“Bank of Baku” ilə bağlı YEKUN QƏRAR... VERİLİRMİ?

“Bank of Baku” ilə bağlı YEKUN QƏRAR... VERİLİRMİ?


Ən çox şikayət olunan bankların siyahısı məlum olub.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 6,22 indeksi ilə "Bank of Baku" seçilib.

“Cebhe.info” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Bank BTB" siyahıda ikinci (5,18 indeksi), "Yapı Kredi Azərbaycan" isə üçüncü (4,17indeksi) olub.

Maraqlıdır, “Bank of Baku”nun taleyi necə olacaq?

Mövzu ilə bağlı “Cebhe.info”-ya bank məsələri üzrə ekspert, hüquqşunaş Əkrəm Həsənov bildirib ki, adıçəkilən bank bağlanmayacaq:

“Reytinq siyahısı ilə mən də tanış olmuşam. Reytinqlər dəyişkən olur və heç bir hüquqi əsası yoxdur.

Sadəcə olaraq ən çox müştərlərlə işləyən banklardan biri “Bank of Baku”dur. O bankdan da əsas şikayətlər müştəri narazılıqlarıdır. O narazılıqlar olduğu zaman belə reytinqin olması normaldır”.

Ekspert bildirib ki, növbəti aylarda illərdə müştəri narazılığı aradan qaldırılması üçün adıçəkilən bank öz üzərində çalışacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz