“Bank of Baku”da əmanəti olan şəxslərin əmanətləri risk altındadır. Bankın əhalidən topladığı əmanətlərə nəzarət Azərbaycan Respublikasının (qısaca – AR) qanunları çərçivəsindən çıxarılıb.
Kommersant.az xəbər verir ki, “Bank of Baku”nun dollarla 2 və 3 illik qəbul etdiyi əmanətləri Əmanətlərin Sığortalanması Fondu (qısaca – ADİF) sığortalamır. Əmanətlərin sığortalanması haqqında qanuna görə 1 iyun 2020-ci il tarixindən etibarən xarici valyutada olan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz olaraq müəyyən edilib.
ELƏCƏDƏ BAX: “Bank of Baku” haqqında bilmədikləriniz - ARAŞDIRMA
“Bank of Baku”da 2 illik yerləşdirilən əmanətlərin faizi aylıq ödənildikdə 2.55 faiz, əmanətin illik faizini müddətin sonunda ödəmək şərti ilə 2.65 faiz olaraq müəyyən edib. Buna görə də yuxarıda qeyd olunan AR qanunlarına görə ADİF tərəfindən həmin əmanətlər sığortalanmır. Bundan başqa “Bank of Baku”nun 3 illik qəbul etdiyi dollar əmanətlərinin də faizləri aylıq ödənildikdə 2.65 faiz, müddətin sonunda ödənildikdə isə 2.75 faiz olaraq müəyyən olunub. Eyni şəkildə bu şərtlər altında banka əmanət yerləşdirən əhalinin vəsaitləri ADİF tərəfindən qorunmur.
Qeyd edək ki, 02 mart 2016-cı il tarixindən etibarən ADİF-ə üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi (xarici valyutada 2.5 faiz) çərçivəsində olmaqla 4 il 9 ay müddətində tam sığortalanır və tam kompensassiya olunur. Bu göstəriciləri üstələyən (xarici valyutada 2.5 faizi ötən) əmanətlər isə heç bir halda sığortalanmır.
Kommersant.az