Axtarış...

Mübariz Əhmədzadə milyonları nə ilə qazanıb? - On beş ildə talanan, istismar olunan Zaqatala...


Azərbaycanda 7 fevral tarixində keçirilən Prezident sseçkisindən sonra hökumət yenilənəcək.

Ölkədə formalaşacaq yeni hökumətdə, icraedici orqanlarda rəhbər vəzifələrə dinamik, əhali ilə daim təmasda olan, təşkilatçı şəxslər gətiriləcək.

AzFakt.com saytının əldə etdiyi məlumata görə vəzifələrindən uzaqlaşdırılacaq məmur kateqoriyası əsasən rayon icra hakimiyyətlərinin başçılarını əhatə edəcək.

Uzun illərdir vəzifədə olan, səlahiyyətlərindən istifadə edib özlərinə varidat toplayan, əhali ilə təmas qurmayan, onların qayğı və problemlərini dinləməyən icra hakimiyyəti başçıları vəzifələrindən çıxarılmaları ilə yanaşı, eyni zamanda bu şəxslərə qarşı hüquqi addımlar da atılacaq.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə vəzifəsindən çıxarılacaq icra başçılarından biri də Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin özünə böyük biznes imperiyası qurduğu barədə mediada faktlarla təqdim olunmuş məlumatlar yer almaqdadır.

Eyni zamanda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin adı Prezident Administrasiyasına ən çox şikayət ünvanlananan məmurların da siyahısında yer almaqdadır.

Hələ bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağın Mübariz Əhmədzadə tərəfindən satıldığı iddia edilirdi.

Qeyd edək ki, Mübariz Əhmədzadə vəzifədə olduğu illərdə topladığı sərmayələr heç də rayon icra hakimiyyətlərinin başçılarına uyğun deyil. Belə ki, ona aid olan mülklərin siyahısında Birləşmiş Krallıqda xeyli sayda mülklərin olduğu qeyd edilir.

Zaqatalada icra başçısının xeyir-duası ilə torpaq sahələrinin kütləvi şəkildə satıldığı yuxarıda qeyd etdiyimiz fakla yekunlaşmır.

Rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrinin 49 illiyinə məmurlara satıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə daha bir narazılıq dövlət başçısının tapşırığına əsasən Zaqatala rayon icra Hakimiyyətinin başçısının yerlərdə əhali ilə səyyar qəbul keçirməməsidir.

Ötən 2023-cü ilin statistikasına nəzər yetirdikdə Mübariz Əhmədzadənin rayonun 5-6 kəndinə səfər etdiyi görünür. Bu səfərlər isə müəyyən tədbirlərlə əlaqəli olduğundan sakinlərlə səyyar qəbul-görüş keçirilməyib.

Daha acınacaqlı məqam isə ölkənin post-neft dövrünə hazırlaşdığı, qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafını sürətləndirdiyi bir zamanda böyük potesialı olan Zaqatalanın ümumi inkiafdan geri qalmasıdır.

Bu gün Zaqatala rayonu abadlıq və quruculuğa görə dövlət büdcəsindən milyonlarla vəsait ayrılmasına baxmayaraq, sözün əsl mənasında nimdaş gündədir. Rayonun mərkəzi hissəsi istisna olmaqla demək olar ki, hər yerdə yarımçıq, yamaqlı işlər aparılıb.

Dövlət satınalmaları vasitəsilə büdcədən ayrılan vəsaitlərin də rayon İcra Hakimiyyətinin başçısına aid olan MMC-lər tərəfindən silindiyi iddia edilir.

Prezident İlham Əliyev isə iclasların birində bəzi məmurların büdcə vəsaii hesabına görüləcək işləri dəfələrlə şişirtdiklərini, işləri özlərinə yaxın şəxslərin adlarına rəsmiləşdirdikləri şirkətlərə ötürdüklərini vurğulayır, bu cür məmurlara qarşı amansız mübarizə aparılacağını vurğulayırdı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz