Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa verdikdən və Prezident İlham Əliyevin onların bu addımının iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacağını bildirməsindən sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyi gözlənilirdi. Prezidentin bu çağırışından sonra ilk addımı Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayev atdı və tutduğu vəzifədən istefa verdi.
Şəmsəddin Xanbabayevdən sonra pensiya yaşı tamam olmasa da Yevlax rayon rayon İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədov da tutduğu vəzifədən ayrıldı.
Həmçinin bir-çox icra başçılarının yaşları 60-dan çoxdur.
Lakin maraqlıdır ki, əksər icra başçılarının yaşları bilinsə də, bəzi rayonlara rəhbərlik edən başçıların neçə yaşının olduğu bilinmir. Bu başçıların rayon İcra Hakimiyyətlərinin rəsmi veb-səhifələrində yerləşdirilən tərcümeyi-hallarında doğum tarixləri göstərilməyib. Bu icra başçılarının doğum tarixləri bilinmədiyi üçün onların hansı yaşda olduğu və prezidentin məlum çağırışına onların necə cavab verəcəyi də mətbuat və o cümlədən də ictimaiyyət üçün məlum deyil.
Doğum tarixləri bilinməyən icra başçıları bunlardı:
- Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov
- Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev
- Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
- Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov
- Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov //365.az//