Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsənin icra başçısı vəzifəsindən azad edilib.
Əhəd Abıyevin bu ilin yanvarında 65 yaşının tamam olması 65+ yaşda olan icra başçılarını gündəmə gətirib.
Həmin icra başçılarının siyahısını təqdim edirik:
Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 66 yaşı var.
Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 76 yaşı var.
Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 72 yaşı var.
Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 71 yaşı var.
Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 70 yaşı var.
Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 70 yaşı varı var.
Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 69 yaşı var.
Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 69 yaşı var.
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 69 yaşı var.
Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 68 yaşı var.
Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 67 yaşı var.
Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 70 yaşı var.
Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısıdır Rüstəm Xəlilov - 1958-ci ildə anadan olub, 65 yaşı var.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 70 yaşı var.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov - 1958-ci ildə anadan olub, 65 yaşı var.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov - 1958-ci ildə anadan olub, 65 yaşı var.
Axar.az