Bakıda vətəndaş evinin üstündə bina tikən şirkəti məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Mövlamov Rövşən Allahverdi oğlu "Qaya Qala" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Nərimanov Rayon İcra Hakimiyyəti barəsində Nərimanov Rayon Məhkəməsinə şikayət edib.
O, şirkət və icra hakimiyyəti barəsində "Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər" məslələrlə bağlı iddia qaldırıb. İş Solmaz Ədilovanın icraatındadır.
Qeyd edək ki, 2020-ci ildə "Qaya Qala” MMC Nərimanov rayonu, Təbriz küçəsindəki 34 saylı ünvanda (Təbriz, Əliyar Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsi) pilot layihə çərçivəsində bina tikib. Şirkət həmin ünvanda bina tiksə də, onların şərtləri ilə razılaşmayan Rövşən Mövlanov evindən çıxmayıb. Amma şirkət onun evinin üzərində bina tikintisini davam etdirib. Bu barədə sosial şəbəkələrdə də görüntülər paylaşılmışdı. 4 ildən artıqdır ki, "Qaya Qala” MMC sözügedən mülk sahibi ilə tam razılığa gələ bilməyib.