Axtarış...

“Bakıxanov rezidens”in BAKI XANƏDANLIĞI... - İDDİA

“Bakıxanov rezidens”in BAKI XANƏDANLIĞI... - İDDİA

Paytaxtın Bakıxanov qəsəbəsində “Bakıxanov rezidens” tikinti şirkətinin biznesi çiçəklənməkdədir.

Lakin bu inkişaf qəsəbəyə xüsusi görkəm verən, səliqə-sahmanlı üçmərtəbəli binaların sökülməsi ilə müşayiət olunur. TİA.Az xəbər verir ki, son aylar daha bir üçmərtəbəli bina yerlə-yeksan olunub və pilot layihə adı ilə şirkət göydələnlər inşa edir.

Son illərdə bir neçə belə bina sökülüb, yerində hündürmərtəbəli binalar tikilib. Amma Bakıxanovda bir bina salamat saxlamayacağını qarşısına məqsəd qoyan tikinti firması dayanmadan sökhasök həyata keçirməkdədir. Nəticədə üçmərtəbəli bina üçün nəzərdə tutulan ərazidə 12-15 mərtəbəli binalar inşa edilməklə qəsəbədə sıxlıq yaranır.

Üstəlik, həmin binaların nə normal həyəti, nə geniş uşaq meydançası, nə düz-əməlli parkinq yerləri var. Odur ki, “Bakıxanov rezidens” necə gəldi söküb tikir və satır. Hazırda daha bir bina uçurulub və yerində göydələn inşa ediləcək. Mediada yayılan xəbərlərə görə, pilot layihələri həyata keçirən bu şirkət Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsusdur.(TİA.Az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz