Tikilməkdə olan Melıorasiya və İrriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Xətai Rayonu, 2 saylı Zığ Zeytunçuluq Soxvozunun ərazisində yerləşən 86,44 ha bağ sahəsinin suvarma suyu ilə təminatı”-nı layihələndirib - Tikinti İşlərinin Satın Alınması” və “Abşeron Rayonunun Ərazisi Üzrə Qala Qəsəbəsi 3 Nömrəli Qala Zeytunçuluq Sovxozu, Türkan Üzümçülük Sovxozu, Hovsan Zeytunçuluq Sovxozu Və Abşeron Quşçuluq Sovxozunun Ərazılərı Olmuş 500,44 ha Sahənın Suvarma Suyu İlə Təmınatı”- nı Layihələndirib - Tikinti İşlərinin Satın Alınması” tenderlərinin nəticələrini açıqlayıb.
Hər iki tenderin qalibi “Körpü-Bina -Tikinti” MMC olub. Şirkətlə birinci tender üzrə 5 milyon 900 min 113 manat, ikinci tender üzrə 2 milyon 100 min 022 manat dəyərində müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi dəyəri 8 milyon 135 manat təşkil edir.
Qeyd edək ki, şirkət qurumun bundan əvvəl daha 8 iri məbləğli tenderinin qalibi olub.
«Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov olduğu deyilir.
Qeyd edək ki, bir müdət əvvəl media da «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülklərinin satışa çıxarması barədə məlumatlar yayılmışdı.FED.az