Axtarış...

Masallı rayon İcra Şöbəsi öz ampulasında, iki azyaşlı qız övladı isə müəmmalı adresdə gizlədilir Fikrət Məmmədov Şöhlət Şahverdiyevi yaş həddin keçdiyi halda niyə pensiyaya göndərmir?


Masallıda nə baş verir yenə. Bİr müddət əvvəl yaşlı nənənin himayəsində olan azyaşlı uşağa zor tətbiq edərək onu istəyi olmadan anasına aldatma yolu ilə alıb verən Ş.Şahverdiyevin barəsində heç bir qanuni tədbir görülmədi. Odur ki bu şəxsin toxunulmazlığının səbəbi nədir deyə sual yaranır. Lakin məsələ bununlada bitmədi. Yeni halların meydana çıxması Masallı rayon icra şöbəsində türlü türlü oyunların oynanıldığı və rüşvət verməyənin işinin həl edilmədiyi, verənin isə qanunla ödəməli olduğu dövlət pullarını belə tələb edilmədiyinə şərait yaradıldığı məlum olub. Pensiya yaşın dolduran İcra şöbə müdiri Şöhlət Şahverdiyev artıq iş görmək qabiliyyətindən çox rüşvətdə adı halanmaqdadır. Odur ki, Bu gün iki azyaşlı qızın talehi qaranlıq qalıb. Şöhlət Şahverdiyevin fəaliyyətsizliyinə göz yuman Ədliyyə Naziri Fikrət Məmmədov bu şəxsə qarşı susqunluğun qoruması nə ilə bağlıdır. Şəxsin Pensiya yaşı tamam olsada bu gün belə taxtından bərk bərk yapışıb.

Hazırda Rayon sakini Cəbiyev Rafət Hüseynxan oğlu redaksiyamıza müraciət edərək bildirib ki, iki azyaşlı övladı ilə bağlı məhkəmə qərarı olduğu halda Şöhlət Şahverdiyevin rəhbərliyi altında icra edilmir. Onun icraçısı Emin Teymurov icrasında olan məhkəmə qərarının icra müddəti ərzində heç bir tədbir görməyib. Məhkəmə qərar qəbul edib ki, iki azyaşlı uşaq anadan alınaraq atanın himayıəsinə verilsin. 2023-cü il tarixindən çıxan qərar Masallı rayon icra şöbəsi tərəfindən icra edilməyib. Lakin 1600 manat anadan alaraq yaşlı qadından yüz oyunla uşağı alaraq anaya verməyi bacaran Şöbə rəhbəri hazırda iki azyaşlı qızın taleyinə biganə qalmaqdadır.

Ana Türkiyədə övladlar isə naməlum adresdə...

Məhkəmə qərarı olmasına baxmayaraq qarşı tərəfə sərhədi tərk edilməsi barədə qadağa tətbiq edilməyib. Odur ki bu gün Məhkəmə qərarlarının icra şöbəsinin əməlləri qənaitbəxş deyildir. 14.01.2024-cü il tarixində 65 yaşın tamamlayan lakin əvəz olunmaz şəxs kimi vəzifədə qalan məmur Masallıda Məhkəmə qərarlarının icrasını gecikdirir. Fikrət Məmmədovun gəncləşdirmə siyasətinə getməməsi reallıqdır. Buna qeyri adi insan olmaq deyil
Bu günün reallığı İcra və Propasiya idarələri net olaraq işləmir bunun isə bariz nümunəsi Masallı rayon icra şöbəsini misal gətirmək olar. Masallı İcra şöbəsi məhkəmə qərarların heçə saymaqda davam edir. Apardığımız araşdırma və redaksiyamıza edilən şikayətlər bunu deməyə əsas verir ki, İcra şöbəsi Polisi öz problemləri ilə yetəri qədər məşğul edir. Lakin Polis həm cinayətkarları zərərsizləçdirməklə həm də insanları qorumaqla məşğul olduğu halda İcra Probasiya şöbəsi üzərinə düşən Məhkəmə qərarların icrasını icra etməkdə acizlik göstərir. Və icra etmədiyi sənədlərini Polisin səhlənkarlığı kimi vətəndaşlara təbliğ edir.

Redaksiyamıza müraciət edən və məhkəmə qərarı ilə övladlarının himayəsinə aldığın qeyd edən ata bildirir ki, Masallı rayon İcra Şöbəsi onun övladlarının tapılmasında heç bir rol oynamır. Yəni bir növ buna oturub hazır işin bəhrəsini yemək deyilir. Polis sənin işini icra edəcəksə o zaman Məhkəmənin qərarını icra etmək polisə həvalə edilməlidir. İcra şöbəsinin deaktiv fəaliyyəti Masallıda çox saylı narazılığa səbəb olub. Belə ki, iki azyaşlı qız övladını tapa bilməyən ata fəryad edir. Şöhlət Şahverdiyevin bu fəryada cavab verməməsi laqeyd qalması hansısa maraqlara xidmət etdiyinin işarəsidir. (BakuNews)

Ardı var..
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz