Axtarış...

ŞİRKƏTLƏR BANKDAKI 30 MİLYON MANAT PULU GERİ ÇƏKİBLƏR - “Premium Bank” yenə kiçilib


“Premium Bank” ASC 2023-cü ili 2 milyon 75 min manat mənfəət vergisi ödənişindən sonra 7 milyon 453 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti son bir ildə 1 milyon 987 min manat, başqa sözlə 36,4% artıb.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Bank ötən ilin son rübündə 31 milyon 784 min manat faiz gəliri əldə edib. Gəlirlərin 26 milyon 987 min manatı kreditlərdən əldə edilən gəlirlərin hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 1 milyon 73 min manat (3,5%) artsa da, kreditlər hesabına əldə edilən faiz gəlirləri isə 1 milyon 599 min manat (5,6%) azalıb.

Bu dövrdə faiz xərcləri 10 milyon 695 min manat olub ki, bu da illik müqayisədə 752 min manat və ya 7,6% çoxdur.

Ən yüksək xərc isə depzotlər üzrə faiz xərcləri olub -8 milyon 926 min manat (360 min manat və ya 4,2% artım)

Beləliklə “Premium Bank”ın xalis faiz gəlirləri 21 milyon 89 min manat təşkil edib ki, bu da son bir ildə 321 min manat və ya 1,5% çoxdur.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 17 milyon 837 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 312 min manat (1,7%) azalıb.

Bu dövrdə qeyri faiz xərcləri 3 milyon 53 min manat (10,8%) artaraq 31 milyon 425 min manata, əmək haqqı xərcləri 471 min manat (8,1%) artaraq 6 milyon 301 min manata, ümumi və inzibati xərclər 539 min manat artaraq (14,8%) 1 milyon 210 min manata, amortizasiya xərcləri 234 min manat (24%) artaraq 1 milyon 210 min manata, digər xərcləri isə 1 milyon 808 min manat (10,1%) artaraq 19 milyon 725 min manata yüksəlib.

2023-cü ilin sonunda “Premium Bank” ASC 685 milyon 116 milyon manat aktivlərə malik olub. Aktivlər son bir ildə 7 milyon 86 min manat, başqa sözlə 1% azalıb.

Bankın kredit portfeli 471 milyon 866 min manat təşkil edib ki, bu da illik müqayisədə 34 milyon 898 min manat və ya 8% çoxdur.

Kredit portfelinin 19 milyon 248 min manatını istehlak, 385 milyon 638 min manatını biznes, 66 milyon 979 min manatını isə ipoteka kreditləri təşkil edib.

Son bir ildə istehlak kreditləri 13 milyon 255 min manat (3,2 dəfə), ipoteka kreditləri 34 milyon 373 min manat (2 dəfə) artıb, biznes kreditlərin həcmi isə 12 milyon 731 min manat (3,2%) azalıb.

Bankın öhdəlikləri də 1 milyon 815 min manat və ya 0,4% azalaraq 507 milyon 823 min manata düşüb.

Depozit portfelində də azalma müşahidə edilib. Belə ki, depozit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 39 milyon 720 min manat (8,5%) azalaraq 426 milyon 770 min manata enib.

Depozit portelinin 330 milyon 857 min manatı fiziki, 95 milyon 913 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2023-cü ilin IV rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 9 milyon 806 min manat (2,9%), hüquqi şəxslərin əmanətləri isə 29 milyon 914 min manat (23,8%) azalıb.

“Premium Bank”ın balans kapitalı 5 milyon 271 min manat, yəni 2,9% azalaraq 177 milyon 293 min manata düşüb.

Bölüşdürülməmiş mənfəətin həcmi də 2 milyon 668 min manat (17,2%) azalaraq 12 milyon 827 min manat təşkil edib.

Text-to-Speech

DİNLƏ






Şərh yaz