“Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...”
Fransa paytaxtında “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir.
Moderator.az xəbər verir ki, bu haqda məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Dekabrın 14-dən başlanan və 2024-cü il yanvarın 15-dək davam edəcək foto-sərgi Parisin Bastiliya meydanında, Paris meriyasında və muzeylərdən birində keçirilir.
P.S. Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...