Axtarış...

Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı sərgi açılacaq

Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı sərgi açılacaq

Martın 2-də Xətai Sənət Mərkəzində “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Məqsəd ölkəmizin yaradıcı gənclərin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaqdır.

Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq.

Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim ediləcək.

Bundan əlavə, Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulur. Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqlar.

Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edəcəklər. Layihənin rəhbəri Nigar Yusupovadır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz