Axtarış...

Erməni lobbisi niyə bu qədər güclüdür? - Əgər bunu ETMƏSƏK...

Mərhum dövlət başçısı Heydər Əliyev getdiyi ölkələrdə azərbaycanlı icması ilə görüşürdü.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu xarici ölkələrdə erməni lobbisinin niyə bu qədər güclü olmasının səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin aparacı fiqurları ilə birbaşa ünsiyyəti vacibdir:

“Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri zamanı proqramı olduqca maraqlıdır. Belə ki, o, ABŞ-da harda olacaqsa, bu ölkədəki ermənilərlə görüşəcək. Paşinyan səfərinə Los-Ancelesdən başladı. O, burada Qrand-park deyilən məkanda yerli ermənilərin mitinqində çıxış etdi. Paşinyan ayrıca Los-Ancelesdə erməni mediasının nümayəndələri ilə görüşdü. Onun proqramında Los-Ancelesdən San-Xoseyə keçərək Silikon vadisindəki yüksək texnologiyalar mərkəzləri ilə tanış olmaq, eyni zamanda oradakı erməni proqramçılarla görüşmək nəzərdə tutulub. Paşiyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edəndən sonra,hətta Nyu-Yorkda da erməni diasporunun təmsilçiləri ilə görüş fürsətini əldən verməyəcək”.

Politoloq qeyd edib ki, ümumilli lider Heydər Əliyev də getdiyi ölkələrdə, o cümlədən Amerikada azərbaycanlı icmanın nümayəndələri ilə görüşər keçirirdi:

“ABŞ-da ermənilərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur. Ancaq azsaylı da olsa azərbaycanlı diaspora nümayəndələri ilə mütəmadi görüşlərə ehtiyac var. Bu yalnız Diaspora Komitəsinin rəhbərinin işi olmamalıdır, digər rəsmilərimiz də getdikləri hər yerdə azərbaycanlılarla görüşməli və fikir mübadiləsi aparmalıdırlar. Məsələn, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorka gedir. O, BMT Baş Assambleyasında çıxış etməli və erməni həmkarıyla görüşməlidir. Görəsən cənab Məmmədyarovun Nyu-York proqramında bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü yer alıbmı? Belə bir görüş proqramda yoxdursa, onda Amerikadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəallığından şikayətlənməli deyilik, biz passiv olacağıqsa, onlar bu boşluğu ABŞ-da, Fransada və digər ölkələrdə asanlıqla dolduracaqlar”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz