Axtarış...

"Nə telefona bildiriş gəlib, nə pulun çıxılması haqqında..." - GİLEY

"Nə telefona bildiriş gəlib, nə pulun çıxılması haqqında..." - GİLEY

Sizə məsləhətim odur ki, nəbadə yolunuzu “Unibank”dan salasınız. Əbəs yerə əsəbləriniz korlanacaq, pulunuz batacaq. İşdən çıxan bank əməkdaşlarının özləri ilə apardıqları data baza səbəbindən pullarımız oğurlanır və banklar da buna göz yumur.

Tribunainfo.az yazır ki, bu barədə vətəndaş Məhəmməd Haqverdiyev yazıb. O bildirib ki, kartlarından pul çəkilib ancaq problemin aradan qaldırılması üçün bank onlara kömək etməkdən boyun qaçırır:

“Yoldaşıma aid olan “Unibank” kartından durduğumuz yerdə 980AZN pul oğurlandı. Nə telefona bildiriş gəlib, nə pulun çıxılması haqqında xırda detal bildirilmədi bizə bank tərəfindən. Yaxınlaşdıq banka, dedik, ayıbdır axı, biz sənə pul əmanət eləmişik, niyə əmanətə xəyanət edirsiz?
Deyirlər, nə danışırsınız, bizdə təhlükəsizlik ən pik həddədir, ən öndə gedən təhlükəsizlik sistemlərindən istifadə edirik. İndi bank əməkdaşından çıxarışı tələb edirik. Deyirlər, verə bilmərik, bu cinayət məsuliyyətidir, gedin polisə. Bank mənə heç bir köməklik etmir. Kartımdan böyük məbləğdə pul silinir, ancaq bankın xəbəri yoxdur ki, mənə də bu barədə məlumat, bildiriş göndərsin. Bu necə təhlükəsizlikdi?
Deyəcəyim odur ki, nəbadə “Unibank” ilə yolunuzu kəşistirəsiz. Əsəb sisteminiz o puldan daha dəyərli və daha qiymətlidir nəinki Unibankda çalışan o 2+2 gəlib cavabını google-dan axtaranlar.
Bu dələduzluq faktorları axıra kimi gedəcək. Nə vaxta kimi Bankdan işdən ayrılan əməkdaş özü ilə bütün data bazanı götürüb 5.000 AZN ə satacaq? Çox təhlükəli durumdayıq”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz