Axtarış...

"Unibank" müştərilərinə əlavə problem yaradır - GİLEY

"Unibank" müştərilərinə əlavə problem yaradır - GİLEY


“Unibank” kredit alanda vətəndaşdan ərizə tələb etmir, krediti bağlaynda isə ərizə tələb edir.

Tribunainfo.az yazır ki, bu problemlə Talıb adlı vətəndaş üzləşib. O bildirib ki, ona məlumat verilmədən kredit limiti artırılıb:

” “Unibank”dan şikayətim var. Ucard-a kredit limiti ayrılan zaman heç zəng eləyib soruşmadılar ki, (nəinki filiala getmək) kredit limiti açırıq sizə, razısınızmı? İndi bağlamaq istəyirəm, deyirlər mütləq filiala yaxınlaşmalısan. Rayonda da filial yoxdu, işdən vaxt da olmur ki, durub gedim İsmayıllıya. Kartdan da istifadə etməmişəm. “Unibank”, necə olur ki, krediti alanda mənim ərizəm lazım olmur, amma bağlayanda ərizə yazmalı oluram?”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz