Axtarış...

DSX qalmaqallı şirkətlə yarım milyon manatlıq müqavilə imzaladı - DETALLAR


Dövlət Sərhəd Xidməti elan etdiyi iki tenderin qalibi "ŞURATAZ LTD" ilə müqavilə imzalayıb.

32gun.az-ın məlunatına görə, DSX ilə qalib şirkət arasında "KAMAZ-43114 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər" üçün 212.400 AZN-lik, "Minik, yük avtomobilləri, xüsusi və mühəndis texnikaları üçün avtoşinlər" üçün isə 258.188,72 AZN dəyərində müqaviləyə imza atılıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "ŞURATAZ LTD" MMC-nin qanuni təmsilçisi İlham Rəhimov Ərəstun oğludur.

Yerli mediada gedğn məlunatlara görə, rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasovdur. Məlumatlarda Xaliq Abbasovun Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin həmyerlisi və dostu olduğu bildirilib.

Həmçinin Xaliq Abbasov “IFO Tire LTD” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul “itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğul olması yazılıb. Qeyd edilib ki, Xaliq Abbasovun sahibi olduğu “Şurataz LTD” şirkəti “Goodyear”, “Michelin” və “Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.

​32gun.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz