Axtarış...

Rektor Fuad Hacıyev Nuru Əliyevin şirkətini seçdi - 45 min manatlıq anlaşma

Rektor Fuad Hacıyev Nuru Əliyevin şirkətini seçdi - 45 min manatlıq anlaşma


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Nəqliyyat vasitələrinin 2023-cü il üçün servis xidmətinin təşkili işinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Millitv.az bildirir ki, 32gun.az-ın məlumatına görə, sözügedən tenderin qalibi "Nurgün Motors" MMC olub. Tərəflər arasında 45.021,72 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 400 AZN olan "Nurgün Motors" MMC-nin icraçı direktoru Surxay Əhmədovdur.

"Nissan”, "Ford”, "Renault”, "İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgün Motors" şirkətinin sahibi iş adamı Nuru Əliyevdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru isə Fuad Hacıyevdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz