Axtarış...

İcra Başçısı Ayaz Əsgərov Yardımlıya çılçıraq quraşdırır - 222 min AZN-lik müqavilə



Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı Şəhər ərazi Nümayəndəliyinin Müxtəlif abadlıq-bərpa işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "KASPİAN STANDART" MMC olub . Tərəflər aradında 222.114,21 AZN-lik müqavilə imzalanacaq.

Tenderə əsasən 3-cü qr torpağın əl ilə qazılması, Çalaların əl ilə doldurulması, Beton bünövrənin düzəldilməsi, Polad işıq dirəklərin quraşdırılması 2 başlıqlı, Çilçıraqların qoyulması: lüminisent lampalı və s işlər görülməlidir.

Bildirək ki, Nizamnamə kapitalı 10 AZn olan "KASPİAN STANDART" MMC-nin qanuni təmsilçisi FUAD NƏSRULLAYEV NAZİM OĞLUdur.

Xatırladaq ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur.32gun.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz