Axtarış...

Zaur Hüseynov 5 manatlıq şirkəti 53 min AZN-lik tenderdə qalib seçib



"Bakı Metropoliteni" QSC-nin "Bakı Metropoliteni" III Yeni (Bənövşəyi) xəttinə aid “B04” metro stansiyasının tikinti sahəsinə düşən Bakı RQİD-nə məxsus d159 mm–lik, yeraltı orta təzyiqli qaz kəmərlərinin və üzərində olan qaz qurğularının yerinin dəyişilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "Qaz Oil Building " MMC olub. Tərəflər arasında 53.305,99 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 5 AZN olan "Qaz Oil Building" MMC-nin qanuni təmsilçisi Akif Əliyev Asif oğludur.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur.32gun.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz