Bu zibiləri əsasən Lerikdə yerləşən istirahət mərkəzləri çay kənarına tökürlər, çayin səviyyəsi yüksələn kimi onları götürüb gətirir aşağı.
Bu görüntülər təkcə Lənkəranın Təngivan kənd ərazisində çay vasitəsi ilə gəlib kənara çıxan hissədir. Bütün çay sahili boyu buna rast gəlmək olur. Bir hissəsi də təbii ki, Xəzər dənizinə tökülür. Dəniz sahilinə getsəz rast gələr sizə.
Çaya bu tullantılari ən çox atanlardan biri Lerik deputatı Iqbal Məmmədovun nəhəng istirahət mərkəzi olan "Relax"dir.
Gördüyünüz bu mənzərə Lənkərançayı ətrafında yaranıb. Çay ətrafına yığılan bu plastik qablar Azərbaycanın dilbər guşələrindən biri olan Lerikdəki istirahət mərkəzlərinin çay atdığı tullantılardır. Bu tullantılarin bir hissəsi çay kənarına belə çıxır, digər hissəsi isə Xəzər dənizinə tökülür.
Bildiyiniz kimi Lerik turizm mərkəzi kimi məşhurdur. Mərkəzlərin də əksəriyyəti çay kənarında yerləşir. Onlarda ən böyüyü isə Lerik deputatı Iqbal Məmmədova məxsus olan "Relax" istirahət mərkəzidir. Bu həmin deputatdır ki, Lerikin Piran kəndində yerləşən "Lebro" adlı fermarinin qanını və murdar sularını 10 ildir həmin bu çaya tökür. Əlbəttə, millət vəkili belə nümunə olandan sonra, digər istirahət obyektləri bundan artıq ola bilməz ki. Minlərlə bu plastik qablar və zibillər bütün il boyu çaya, ya da maşınlarla gətirilb çay kənarına tökülür, sonra isə yağış və sel olan zaman suyun səviyyəsi qalxır və onları qoynuna alıb beləcə gətirir tökür çay sahilində yerləşən kəndlərin ərazisinə. Bu zibil və plastik qablar əsasən Lənkəranın çay sahilində yerləşən 20 yə yaxın kəndin ərazisinə səpələnir. Bir hissəsi də Xəzər dənizinə tökülür. Nə vaxt dəniz sahilinə getsəniz belə tullantılar görə bilərsiz. Düzdü dəniz sahilində olan tullantıların bir hissəsini bura gələn sakinlər tökür, digər hissəsi isə çaylar vasitəsi ilə dənizə tökülən plastik qablardır ki, ləpələr onları sahilə çıxarır.
Bəs nə vaxta kimi belə olar? Niyə qurumlar bununla ciddi məşğul olmur? Niyə tullantılar çaya atılır? Çay məgər zibil tullamaq üçündür? Hamı zibilli başından edib atır çaya, daha düşünmür ki, bu hara gedəcək. Belə mədəniyyətsizlikmi olar? Belə məsuliyyətsizlikmi olar? Bəs qanun nə deyir buna, niyə cəzalanmılar? Biz hansı dövrdə yaşayırıq. Niyə inkişaf etmiş ölkələrdəki kimi bu plastik qablar və zibilləri təkrar emal etmək üçün zavodu yoxdur?
Elə Lənkəranda da bütün zibilləri yaşayır məntəqələrinin yaxınlığında yandırırlar, elə yerlər var üfunətdən keçmək olmur, külək evlərə gətirir. Bu nə biabırçılıqdı, bütün dünya inkişaf edir, amma biz geri gedirik. Bütün günü də televiziyalarda yalanlar danışırlar ki Qafqazın lider dövləti, Avropanın paxıllıq etdiyi dövlət nə bilim nə.
Mənbə: azerinfo.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...