Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Xuraman Mahmudova ilə "Transterm” MMC arasında icraə müqaviləsinə dair mübahisə yaranıb.
Qaynarinfo xəbər verir ki, mübahisə məhkəməyə qədər uzanıb və Xuraman Mahmudova şirkət barəsində iddia qaldırıb.
Hazırda iş Ali Məhkəmədədir. Kassasiya şikayətini Xuraman Mahmudova verib. Lakin bəzi məlumatlara görə şikayətçi şirkətdir.
Şikayətə hakim Abdin Hüseynovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin vaxtı barədə məlumat yoxdur.
"Transterm” MMC 5 avqust 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Muradəliyev Niyazi Elçin oğludur. O, şirkətdə direktor vəzifəsini tutur.
Açıq mənbələrdə "Transterm” MMC və Niyazi Muradəliyev haqqında hər hansı məlumata rast gəlinmir.
Xuraman Mahmudova Eldar Mahmudovun böyük qızıdır. O, İsveçrədə maliyyə ixtisasi üzrə bakalavr təhsili alsa da, ixtisasi üzrə fəaliyyət göstərmir. O yazardır. 2015-ci ildə Xuraman Mahmudovanın "Sehrli səyahət” kitabının təqdimatı keçirilib.
Bundan əvvəl Eldar Mahmudovun digər övladları Anar Mahmudovla Nərgiz Mahmudova məhkəmə çəkişməsinə cəlb edilib.
Ağarəhim Rəhimov adlı iş adamı onlar barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşin mahiyyət alqı-satqı müqavilələri ilə bağlı mübahisələrdən ibarət olub.
Məhkəmə çəkişməsinin nəticəsi barədə məlumat yoxdur.
Eldar Mahmudov 2004-2015-ci illərdə milli təhllükəsizlik naziri vəzifəsində işləyib. //Qaynarinfo//