Axtarış...

FHN-də ƏCAİB-QƏRAİB işlər davam edir… – İTTİHAM VAR…


Fövqəladə hallar Nazirliyində son dövrlərdə baş verən hadisələr cəmiyyətdə bu dövlət qurumunun ciddi tənqidinə hədəf olmuşdur. Bəzi harınlamış məmurlar dövlət əmlakını yeyib üstündən su içdikdən sonra da qadın əməkdaşları yoldan şıxarmaqla, intim videolar çəkib özlərini qəhrəman kimi hiss etməklə gündəmə gəlirlər. Bu yaxınlarda məhkəməsi başa çatmış Zaur Mirzəyev hadisəsinin şokundan çıxmağa macal tapmamış yeni bir sürprizlə qarşılaşmaq ehtimalımız da gündən-günə təşviş doğurmaqdadır.

Aktualxeber.az-a daxil olan məlumata görə , FHN-in Yanğından Mühafizə Xidməti Maliyyə Şöbəsinin rəisi Elvin Xanlar oğlu Mehdiyev Zaur Mirzəyevin əməllərini təkrarlamaq yolunu tutub. Bu o Elvin Mehdiyevdir ki, Ramiz Mehdiyevin yaxın qohumudur. Dərd burasındadır ki, Ramiz Mehdiyev vəzifədən getsə də, onun qohum-əqrəbası sarmaşıq kimi dövlət aparatını bürümüşdür. Təbiidir ki, hamının işləməyə də, vəzifə tutmağa da haqqı vardır. Lap elə Elvin Mehdiyevin də. Tutduğu vəzifə də pis deyil. Amma…
Bax məsələ o, ammadadır. Elvin Mehdiyev o boyda Xidmətin maliyyə işlərini fırlatmaqla yanaşı, eşq macəraları yaşamaq üçün də fürsətini fövtə vermir. Bu yaxınlarda FHN-in qaynar xəttinə edilən vətəndaş şikayəti göstərir ki. Elvin Mehdiyev haqqında edilən şikayət əsassız deyildir. Necə deyərlər, od olmasa tüstü çıxmaz. Vətəndaş şikayətində bildirmişdir ki, Elvin Mehdiyev onun gəlininə sataşır, intim əlaqələr təklif edir. Biz həmin vətəndaşın kimliyini bilirik. Lakin etika xatirinə hələlik bu adı açıqlamırıq. Gözləyirik ki, nazir Kəmaləddin Heydərov nəhayət ki, Elvin Mehdiyev haqqında tədbir görsün.

Maraqlı məsələlərdən biri də odur ki, bu cür hadisələr məhz FHN-in Yanğından Mühafizə Xidmətində baş verir. Ona görə də bu Xidmət ilk növəbədə öz əməkldaşlarının odunu söndürmək məcburiyyətində qalıb.
Hər bir halda cənab nazir Kəmaləddin Heydərov təcili əncam çəkməlidir. Əks təqdirdə yeni Zaur Mirzəyev həngaməsi cəmiyyəti silkələyəcəkdir. Bu da həm Nazirliyin, həm də Kəmaləddin Heydərovun nüfuzuna zərbə olacaqdır. //tezexeber//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz