Axtarış...

Füzuli Əsədov İNTİM QALMAQALA QURBAN VERİLİR... - Artıq kabinetini boşaldıb...

Füzuli Əsədov İNTİM QALMAQALA QURBAN VERİLİR... - Artıq kabinetini boşaldıb...


Dünən məlum oldu ki, Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub. DİA.AZ bildirir ki, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.

Rəsmi məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Füzuli Əsədov İNTİM QALMAQALA QURBAN VERİLİR... - Artıq kabinetini boşaldıb...

Bütün bunlar məsələnin rəsmi tərəfi... DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, Zaur Mirzəyev bu proseslərin heç də tək qurbanı deyil və onunla yanaşı FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov da hədəfə çevrilib.

Məlumatı verən mənbə iddia edir ki, Zaur Mirəzyevin təkcə qohumu yox, həm də himayədarı olan Füzuli Əsədov artıq bu gün kabinetini boşaldıb.

Qeyd edək ki, yntim videoları ilə ölkənin gündəmini dəyişmiş Zaur Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi və yaxın qohumudur. Jurnalist Məhəmmədəli Qəribli Z.Mirzəyevin 10 il ərzində polkovnik rütbəsini qazandığını yazıb.
“Son günlərin porno ulduzuna çevrilən FHN-nin polkovniki Zaur Mirzəyevin maraqlı və sürətli karyera yüksəlişi olub. O, Yanğından Mühafizə İdarəsinin rəisi general Füzuli Əsədovla qohum olandan sonra , 10 il ərzində polkovnik rütbəsinə yüksəlib. Normalda rütbələrin 3-4 ildən bir verildiyini nəzərə alsaq, onda Zaur Həsənov ən yaxşı halda mayor ola bilərdi.
Əldə etdiyim dəqiq məlumata görə, Zaur Həsənova polkovnik-leytenant və polkovnik rütbələri şəxsən Füzuli Əsədovun təqdimatı əsasında vaxtından əvvəl, yəni “dosroçnı” verilib. İndi hörmətli Kəmaləddin müəllim Füzuli Əsədovu çağırıb soruşsun ki, belə yüksək səviyyədə “xidmət” təşkil edən kadrla bağlı general rütbəsinə niyə vaxtından əvvəl təqdimat verməyib?”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz