Axtarış...

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur - FOTO

16 yaşlı Türkanənin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur - FOTO

16 yaşlı Türkanənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Dinar Allahverdiyeva məlumat verib.

O bildirib ki, övladı soltərəfli orta qulaq xolesteatoması xəstəliyindən əziyyət çəkir.

“Türkanənin eşitməsində anadangəlmə zəiflik olub. Beş il bundan öncə kəskin baş, qulaq ağrıları və qulaqda axıntılara görə həkimə müraciət etdik. Həkim onun qulağında maye toplandığını bildirdi və iki dəfə əməliyyat edildi. Hazırda yenidən eyni ağrılardan şikayət edir. Həkimə aparmışıq, həkim digər qulağında çürümə getdiyini bildirib. Hazırda müalicə üçün 3 000 manata ehtiyacımız var. Türkanənin atası 8 il öncə vəfat edib, ona tək özüm baxmışam. Bu müalicəni qarşılamağa, inanın, mənim gücüm yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 657-16-39



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz