Cümhuriyyətimizin 100-cü ildönümünü məzmununa və önəminə yaraşan şəkildə 85 milyon olaraq birlikdə böyük qürurla qeyd etdik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra açıqlamasında deyib.
“780 min kvadrat kilometrə sıxışdığımız mövcud vətən torpaqlarını belə bizə çox görəcəklərini çox yaxşı bilirik. Heç kimə düşmən mövqe göstərmədən ordumuzu gücləndirməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.