Axtarış...

Ərdoğan koronavirusa yoluxdu

Ərdoğan koronavirusa yoluxdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub.

Bunu dövlət başçısı tviterdə yazıb.

R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.

“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz