“Yelo Bank”da olan kreditinizi tam bağladıqdan sonra “tam ödənildi” qəbzi üçün əlavə 30 manat tələb edilir.
Millitv.az Tribunainfo.az-a istinadla xəbər verir ki, bank müştərisi Tural Cahangirov bildirib ki, əlavə ödənişi ondan tələb ediblər.
““Yelo Bank”da olan kreditimi bağlamışam. Tarixçəmə “tam ödənildi” yazılması üçün əlavə də 30 manat ödəniş istəyirlər. Bu çox absurddur”.
Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...