Ermənilərin qorxulu yuxusuna çevrilən snayper - şəhid gizir Nurlan Hüseynov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Qartal" ləqəbinə layiq görülüb.
Aprel döyüşlərinin də iştirakçısı olan gizir 4 dil öyrənmişdi. Erməni dilini də mükəmməl öyrənmişdi. Müharibədən əvvəl düşmənin arxa cəbhəsinə sızaraq müxtəlif tapşırıqlar yerinə yetirmişdi.
Erməni snayperi 72 saat izlədikdən sonra onu zərərsizləşdirən Nurlanın son döyüş yeri Hadrut olub.
Şəhid gizir Şəhid gizir Nurlan Hüseynov ölümündən sonra "İgidliyinə görə, "Kəlbəcərin azad olunmasına görə", Füzulinin azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.