Axtarış...

“CAMEX” istehlakçı hüquqlarını NECƏ POZUR? - TƏFƏRRÜAT



6 sentyabr 2023-ci il tarixində saytımızda “Paytaxt sakinlərinin “CAMEX”dən ŞİKAYƏTİ – “1 aydır ödəniş etmişik, məhsulu gətirib çıxarmırlar”” məqalə dərc olunub. Sözügedən məqaləmizdə 4 paytaxt sakininin “CAMEX” şirkəti tərəfindən necə aldadıldığı qeyd olunub.

4 aydır gəlib çıxmayan sifarişlər

Belə ki, sifarişin icrası üçün “CAMEX”-ə tələb olunan vəsait qabaqcadan ödənilib. Sifariş müqaviləyə əsasən 14 gün müddətində icra olunmalı olsa da, artıq 4 aya yaxın vaxt keçib.

Lakin heç bir sifariş icra edilmir. Vətəndaşların bütün müraciətləri isə cavabsız qalıb. Məqalədə eyni zamanda, belə halların baş verdiyi təqdirdə vətəndaşların hansı adddımları atmalı olduğu haqqında hüquqi izahı verilmişdi.

Sözügedən halla bağlı CAMEX-ə ünvanladığımız sorğumuz bir aydan çox vaxt keçsə də, cavabsız qalıb. Üstəlik, şirkət istehlakçı hüquqlarını, o cümlədən qanunvericiliyi də pozmağa davam edir.

Həmçinin, problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərmişdik.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daşınma şirkətləri ilə bağlı 1214 vətəndaş müraciəti daxil olub:

Məlumatda qeyd edilir ki, yerli daşıma şirkətlərinin cavabdeh olduğu məsələlər ilə bağlı problem yarandıqda vətəndaşlar konkret faktlar üzrə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.

“İstehlakçı məhkəməyə müraciət edə bilər”

Qeyd edək ki, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi məhkəmə tərəfindən həyata keçirilir və onların məhkəməyə müraciət etmək hüququ var:

“İstehlakçıların xarici ölkələrdən yerli daşıma şirkətləri vasitəsilə çatdırılma üsulu ilə məhsul sifariş verdikləri hallarda məsələyə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılır.

Həmin Qanunun 9-cu maddəsinə əsasən, icraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini məhkəmə vasitəsilə tələb etmək hüququ vardır”.

Mövzunu diqqətdə saxlayacağıq.
Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz