Axtarış...

`Veysəloğlu` ölkədə necə SABOTAJ EDİR... - İLGİNC İDDİA


Ölkə bahalaşma dalğasının cəngindədir. Az qala hər gün qiymətlər artır. Əhali bunu demək olar ki, dərisində hiss etməyə başlayıb. Lakin bahalaşmaya səbəb təkcə inflyasiya, kölgə iqtisadiyyatının olması deyil, o cümlədən bazarda inhisarçılıq, idxal məhsulları ilə bağlı monopoliya yaradan nəhəng holdinqlər burada “əvəzsiz” rol oynamaqdadır.
Onların mürtəce siyasəti, “akula” ağzı ilə xortumlaması aman vermir ki, bazarda qiymətlər stabilləşsin. Çünki məhsulda bir qəpik artım belə kəmiyyətə hesabladıqda yüzminlərlə gəlir qazandırır.
Ona görə hökumətin sosial siyasətinə daban-dabana zidd olan bu inhisarçı fəaliyyətin başında duran qida firmalarının, holdinqlərin işinə nəzarət güclənməlidir. Xüsusən də bazarda çox böyük pay sahibi olan “Veysəloğlu” MMC-nin adını çəkmək olar. “Veysəloğlu”nun inhisarçı siyasəti, idxal monopoliyası süni qiymət artımına səbəb olur. Nəzərə alaq ki, bu holdinq marketlərdə hər gün rastlaşdığımız müxtəlif çeşiddə ərzaq, gigiyena və digər məhsulların idxalını təşkil edir.

Millitv.az bildirir ki, qiymət artımı ilə bağlı mövzuda Tribunainfo.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, süni qiymət artımına şərait yaradan, bunu bilavasitə həyata keçirən holdinqlərlə bağlı iş aparılmalı, onlara qarşı sərt tədbirlər görülməlidir: “Süni qiymət artımının qarşısını almaq üçün Milli Məclisdə Rəqabət Məcəlləsinə baxılması gözlənilir. Gözlənilir ki, bu payız sessiyasında qəbul olunacaq. Bu qəbul olunandan sonra onun tətbiqi vacibdir. Ona görə vacibdir ki, inhisarçılıq, haqsız rəqabət, sövdələşmə kimi halların qarşısı alınsın”.
İqtisadçı hesab edir ki, gərək süni qiymət artımına rəvac verən, aralarında sövdələşmə olan iri holdinqlərin əməli sübut olunsun: “Bu hal baş verərsə, süni qiymət artımına yol vermiş, bunu bilavasitə həyata keçirmiş şirkətlərə, iri holdinqlərə maliyyə sanksiyası tətbiq edilməli, onlar cərimələnməlidir. Hətta onları bölə, ləğv etdirə bilərlər…”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz