Axtarış...

ƏMDX-nin şöbə müdirindən daha bir şikayət var: - “Ruslan Əliyev yeni “metod” tapıb”

ƏMDX-nin şöbə müdirindən daha bir şikayət var: - “Ruslan Əliyev yeni “metod” tapıb”


Ötən gün İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Ruslan Əliyevlə bağlı şikayət dərc etmişdik.

Millitv.az JAMAZ.İNFO-ya istinadla bildirir ki, bu gün elektron poçtumuza daha bir şikayət daxil olub.

Şikayətçi iddia edir ki, sözügedən şəxs sadə vətəndaşlara qənim kəsilib, kimsənin ondan icazəsiz daşı-daş üstünə qoymasına imkan vermir. “Təbii ki, bu məsələdə Ruslan Əliyev qanunun deyil, öz şəxsi maraqlarından çıxış edir. Bunun üçün şöbə müdiri maraqlı bir “metod” da icad edib. Belə ki, şöbə müdiri əvvəl tikinti prosesinin başlanmasına, onun vüsət almasına göz yumur. Elə ki, tikinti işi qızışır, yarıya çatır, o zaman qəfildən peydə olan Ruslan Əliyev bu tikilinin qanunsuz olduğunu, sökülməsi gərəkdiyini bildirir. Bununla da tikinti sahibini çətin vəziyyətə salır”.

Müraciət edən şəxslər deyir ki, yaranmış vəziyyətdən istifadə edən Ruslan Əliyev bildirir ki, “problemdən çıxış yolu” var. “Bu yol isə heç şübhəsiz onun şəxsi marağını təmin etməkdən keçir. Əgər tikinti yiyəsi şöbə müdirinin maraqlarını təmin edirsə, o zaman işi davam etidrə, başa çatdıra bilir. Yox, əgər tikinti sahibi Ruslan Əliyevin maraqlarını təmin etməsə, o zaman həmin tikinti “qanunsuz inşaat” adı ilə sökülür, vətəndaşın bu tikintiyə sərf etdiyi pullar batır”.

Şikayətçilər bildirir ki, indiyə qədər Ruslan Əliyevə heç kimin “dur” deməməsi onları narahat edir. “Görünən odur ki, kimlərsə bu böyük bazarın işləməsində maraqlıdır. Yoxsa Ruslan Əliyevin özbaşınalıqlarının qarşısı çoxdan alınardı”.

Şikayətçilər onların müraciətlərinin ictimailəşdirilməsini, rəsmi qurumların isə bununla bağlı tədbir görməsini xahiş edirlər.

Mözvu ilə əlaqədar Ruslan Əliyevin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz