Qardaş ölkəmiz olan Türkiyədə baş verən faciəvi zəlzələnin nəticəsinin aradan qaldırılması, zəlzələdən əziyyət çəkən insanlara yardımların verilməsində Azərbaycan hökuməti ilə yanaşı, həm də ayrı-ayri sahibkarlarımız da öz köməyini əsirgəmir.
Millitv.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, “NB” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Ruslan Eyyubov da bu sıradadır.
Belə ki, Azərbaycandan olan iş adamı qardaş ölkədə zəlzələ qurbanları üçün zəruri olan 3 TIR yardım göndərib.
Qeyd edək ki, Ruslan Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.