Axtarış...

BŞİH-in şöbə müdiri: "Bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək"

BŞİH-in şöbə müdiri: "Bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək"

"Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək".

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib.

O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək". (Report)
Text-to-Speech

DİNLƏ






Şərh yaz