Axtarış...

“Burada öz pulumuzla müalicə alırıq, pulu olmayan ölür” – 3 SAYLI HƏBSXANADA CƏZA ÇƏKƏN MƏHBUS YAZIR

“Burada öz pulumuzla müalicə alırıq, pulu olmayan ölür” – 3 SAYLI HƏBSXANADA CƏZA ÇƏKƏN MƏHBUS YAZIR

Şəmkir şəhər sakini Eldar Zeynalov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Hal-hazırda 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsində müalicə aldığını deyən şikayətçi iddia edir ki, bu müəssisədə rüşvət baş alıb gedir:

"İlk öncə onu bildirim ki, hal-hazırda 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsində müalicə alıram. Rusiya həbsxanasında vərəm xəstəliyinə tutulmuşam. Rusiyadan Azərbaycana - 12 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildim. 12 ildir vərəm xəstəsiyəm. Bütün sənədlərim də var. Azərbaycana gətirilən kimi məni 3 saylı ixtisaslaşdırılmış cəzaçəkmə müəssisəsinə göndərdilər. 1 ildir burdayam.

Buradakı həkimlər mənə deyirlər ki, sən Rusiyada vərəm xəstəliyindən müalicə aldığına görə, səni burada hepatitdən müalicə edə bilmərik.

Onu deyim ki, burada pulsuz müalicə yoxdur. Bilirsiz ki, Qlobal Fond tərəfindən hepatit, qiçs, vərəm xəstəliyi üçün maliyyə ayrılır. Amma biz xəstələr burada öz pulumuzla müalicə alırıq, pulu olmayan ölür.

Adam başına 50 manat pul veririk. Bir otaqda 2-4 arası adam qalırıq. Otaqların sayı 100-dən çoxdur. Bu yaxınlarda bizə məlumat verdilər ki, adam başına 50 yox, 100 manatdan verəcəksiz. Dərmanı da od qiymətinə alırıq.

Yemək-içmək problemimiz yoxdur. Sadəcə, həkimlər bizim canımızı boğazımıza yığıb.

Səlahiyyətli qurumların rəhbərlərindən xahiş edirəm, bu biabırçı vəziyyəti aradan qaldırın, bizi ölümə tərk etməyin. Bu rüşvətin qarşısını alın.

Onu da bilirəm ki, bu söhbətdən sonra başım şox ağrıyacaq, amma bütün bunlara hazıram".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Daha çox xəbər

Şərh yaz