Axtarış...

Vərəm Əleyhinə Dispanserdə DƏHŞƏTLİ MƏNZƏRƏ – “Bütün COVID xəstələri burdadır”

Vərəm Əleyhinə Dispanserdə DƏHŞƏTLİ MƏNZƏRƏ – “Bütün COVID xəstələri burdadır”

Yasamal rayonunda yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserin bərbad durumu ilə bağlı videogörüntü yayılıb.

Jurnalist Əhməd Mahmudovun paylaşdığı videogörüntüdə dispanserin sanitar qovşağındakı şəraiti ilə bağlı biabırçı mənzərə əks olunub.

Kadrlardan da görünür ki, ümumilikdə dispanserin əsaslı təmirə və ya yeni binaya ehtiyacı var.

Tibb müəssisəsindəki dözülməz vəziyyət sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb və belə bir şəraitdə xəstələrin sağala biləcəyi sual altına alınıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan 1 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi Yavər Şıxalıyev təmirlə bağlı Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) dəfələrlə müraciətlər etdiyini deyib:

“Dispanserin təmirə ehtiyacı var. Bununla bağlı vaxtilə Səhiyyə Nazirliyinə, sonradan TƏBİB-ə məktubla müraciətlər etmişəm. Heç birindən cavab gəlməyib. Bina 30 ildir təmir olunmur. Elə şeylər var ki, onu təmir etmək, düzəltmək mümkün deyil. Bina sökülməli və yenidən qurulmalıdır. Üstəlik Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunu da bağlayıblar, COVID-li xəstələri bura yükləyiblər. Respublikanın bütün COVID xəstələri burdadır və yük çoxdur. Bina nə qədər dözə bilər? Xəstələr də, işçilər də əziyyət çəkir”, deyə baş həkim əlavə edib.


Video bu yazının içində: https://bizim.media/az/cemiyyet/34339/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz