Axtarış...

Deyəsən, buralar ÖZBAŞINA QALIB... - Prezidentə müraciət olundu

Deyəsən, buralar ÖZBAŞINA QALIB... - Prezidentə müraciət olundu


“Hüquqları pozulmuş məhkumların müdafiəsi” İctimai Birliyi tərəfindən Hurriyyet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Birliyin sədri Böyükağa Abdullayev, təsisçilər, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov və Əliabbas Rüstəmov tərəfindən Prezidenti İlham Əliyevə ünvanlanan məktubu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bir neçə gün öncə Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, ixtisasca həkim olan Məmməd Mahmudovun məhkumlardan hər ay 6 milyon manat civarında Korrupsiya, rüşvət töplaması barədə Sizlərə məlumat vermişdik.

Bu dəfə Sizə Məmməd Mahmudovun təyin etdirdiyi və şəxsən krişalıq-himayədarlıq etdiyi 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Və müavini tərəfindən törədilən və bu gündə davam etdirilən olaylar barədə qısa bir məlumat vermək istəyirik.

Cənab Prezident!

7 saylı Cəzaçəkmə Müəssisəsində ölümlə üz-üzə çarpışan, Zindandan haray-həşir salan, vicdanlı insanlardan imdad diləyən Abbas Hüsyinlinin Sosial şəbəkədə İnternət üstündən yayılan vidio müraciətini dinlədikdən sonra, İctimayi Birlik olaraq araşdırma aparmağa başladıq. Müəyyənləşdirdik ki, Məhkumu bu günə qoyanlar və yaxud da qoyduranlar kimlərdir?

Tam əminliklə deyə bilərik! Dilindən, dilindən, milliyyətindən, dini əqidəsindən,mənsubiyyətindən və sairə kimliyindən aslı olmayaraq, azadlğı əlindən alınmış insanları, hətta Sizin ünvanınıza belə nəsə söyləmiş kəslərin, şəxsiyyətlərinin alçaldılmasına, döyülməsinə, söyülməsinə, işgənclərə məruz qalmasına, o, kəslərə iztirablar verilməsinə Siz razı olmazsınız.

Onda, 7 saylı Cəzaçəkmə Müəssisəsində ölümlə üz-üzə çarpışan, Zindandan haray-həşir salan, vicdanlı insanlardan imdad diləyən məhkum Abbas Hüseynlini bu günə qoyanlar kimlərdir?

Abbas Hüseynlini öldürmək kimlərə “şərəf” gətirir?

Hörmətli Prezident!

İctimai Birlik müəyyənləşdirmişdir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rasim Bayramov, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ayda 6 milyon manat civarında rüşvət yığan, Baş Nazirin sabiq müavini Abid Şərifovun qızının əri, özünün deməsinə görə Nazirin qohum olan dollar - Məmməd Mahmudovun kirvəsidir.

İctimai Birlik Müəyyənləşdirmişdir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsinin Rejim və Əməliyyat məsələlər üzrə Rəis Müavini Kənan Əliyev isə Məmməd Mahmudovun bacısı qızının əridir. Hər ikisi 6-saylı Cəzaçəkmə Müəssisəsində Məmməd Mahmudovdan “dərs” almışdır və Məmməd Mahmudovun rekomandasiyası ilə 7 saylı Cəzaçəkmə Müəssisəsini ”abad” eləməyə göndərilmişdir.

Cənab Prezident!

7 saylı Cəzaçəkmə Müəssisəsində Baş verən qanunsuzluqlardan, törədilən cinayətlərdən, faktlardan, subutlardan görsənir ki, Məmməd Mahmudov 6 saylı Cəzaçəkmə Müəssisəsində oturmaqla bərabər 7 saylı Cəzaçəkmə Müəssisəsinə də himayədarlıq edir.

Hörmətli Prezident!

İctimai Birlik olaraq bildiririk ki, Siz, məhkum Abbas Hüseynliyə qarşı törədilmiş və gələcəkdə törədiləcək cinayətə son qoyulması ilə bağlı aidiyyəti qurumlara göstəriş verərsinizsə, Sizləri inandırırıq və əmin edirik ki, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova da yaxından köməklik göstərmiş olarsınız. Çünki Məmməd Mahmudov və onun təyin etdirdiyi və Himayədarlıq etdiyi 7, 15 saylı Cəzaçəkmə Müəssisələrinin rəisləri Nazirin qohumu Məmməd Mahmudova arxalanaraq, nə qanunlarımızı saya salır, nə də ki, Nazir müavinini, Penitensiar Xidmətin rəhbərliyini veclərinə alırlar.

Bunlar bəzi-bəzi məhkumları Nardaran və sairə adlar altında döyməklə spekulyasiya edirlər. Əsl həqiqətdə isə bu cür məhkumlara işgəncə verməklə, digər məhkumları qorxutmaq və məhkumlardan qanunsuz pullar toplamaq, beləcə də məqsədlərinə çatmaqdır.

Görünür 7 saylı Müəssisənin rəisi və rəis müavini məhkumlardan yığdığı rüşvət onlara Himayədarlıq edən Məmməd Mahmudovu qane etmədiyi üçün bu olaylar baş verməkdədir. Bu müəssisələrdə məhkumlar ah-nalə çəkirlər.

Cənab Prezident!

Cərrahlıqdan-Cəzacəkmə Müəssisəsinin rəisliyinə gələn 6-saylı Cəzaçəkmə Müəssisəsindən 6 milyon rüşvət yığan, Cəzaçəkmə Müəssisəsindən - Penitensiar Xidmətin rəisliyinə can atan Məmməd Mahmudov düşünür ki, Penitensiar Xidmətin rəisi olarsa 60 milyon rüşvət toplayacaqdır... Niyə də bu cür düşünməsin?

İctimayi Birlik olaraq Sizdən xahiş edirik:

Məhkum Abbas Hüseynliyə qarşı və ƏN-in müavini, Penitensiar Xidmətin rəhbərliyinə qarşı törədilən bu olaylara son qoyulması yönümündə aidiyyəti Orqanlara göstəriş verəsiniz.

İnanırıq və ümid edirik...

Qabaqcadan minnətdarlığımızı bildiririk.

İB olaraq, 7 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı araşdırmamızı davam etdiririrk. Gələcəkdə törədilmiş və davam etdirilən Korrupsiya, rüşvət cinayətləri barədə geniş məlumat vermək məsuliyyətini üzərimizdə saxlayırıq”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz