Axtarış...

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən XƏBƏR VAR

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən XƏBƏR VAR

Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Millitv.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz