"Fitstar Herbal Producst” şirkətinə məxsus avtomobilin qaçırılması ilə bağlı polis hərəkətə keçib.
Bu barədə şirkətin rəsmisi Firdovsi Əliyev məlumat verib.
Onun sözlərinə görə, baş verənlər barədə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Müraciətə operativ reaksiya verilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində avtomobil müəyyən edilib.
"Əməliyyatı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları keçirib. Maşın hazırda cərimə meydançasındadır. Təsəvvür edin ki, avtomobil aylar idi ki, Xəyyam Rəhimov adlı şəxsin əlində idi. Maşının ban nömrəsini dəyişdirmişdi. Bu fakt avtomobilə baxış keçirilərkən təsdiqni tapdı. Baxış şahidlərin iştirakı ilə keçirilib”, deyə Firdovsi Əliyev bildirib.
Şirkət rəsmisi əlavə edib ki, maşın saxlanıldıqdan sonra Dövlət Yol Polisindən ona zəng vurulub:
"Dedilər ki, narahat olma. Bu məsələ ciddi şəkildə araşdırılacaq. Ümid edirəm ki, nəhayət haqq-ədalət yerini tutacaq. Bu arada daxili işlər naziri cənab Vilayət Eyvazova, eyni zamanda polis əməkdaşlarına təşəkkür edirəm”.