Biz bir media olaraq bir neçə gün əvvəl konkret olaraq Azərbaycan vətəndaşı olan bir qadının – əslən İmişlidən olan, 1977-ci il təvəllüdlü Darviş Elnarə Parış qızının başına gələnlər əsasında yazı dərc etdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Elnarə Darviş İmişlinin Gövhərli kəndində anadan olub, birinci evliliyindən 2 övladı var, sonra boşanıb, Bakıda yaşayıb, məcbur olub övladlarını 2 saylı Uşaq evinə verib və özü “Dialoq” firmasının köməkliyi ilə Türkiyədə işə düzəlib. Burada aldığı 1200 dollar qazancla Bakıda bankda hesab açıb, pullar yatırıb və Binəqədidə torpaq sahibi olub. Sonra Birləşmiş Ərəb Əmirliyində işə düzəlib və orada ərəb olan Basemlə tanış olub. Və onunla ailə qurmalı olub. Sonda Basemlə birlikdə Bakıya qayıdıblar. Onların nikahından 2 övladları -qızı və oğlu dünyaya gəlib. Bakıya qayıtdıqdan sonra Elnarə və həyat yoldaşı Basem müxtəlif yerlərdə çalışıblar. Məsələn, Basem Elnarənin tikinti sahəsində çalışan qardaşlarının yanında işləyib. Elnarə özü isə bankda olan pullarını xırda tikinti biznesinə yönəldib və nəticədə binaların birindən mənzil alıb, özü üçün restoran açıb və orada çalışıb. Evləri, maşınları olub. Bir gün Basem Elnarəyə gecə klublarında çalışacağını, böyük pullara sahib olacağını deyib.
Sözün qısası, Elnarənin dediklərindən belə başa düşdük ki, ərəb Basemlə 18 illik ailə münasibətləri dağılmağa başlayıb. Və Zeynəb Quliyeva ilə Basem Darvişin qurduğu oyunların nəticəsində Elnarə ömrü boyu qazandığı mülklərini, evlərini, maşınlarını, qızıl-zinət əşyalarını itirib, daha doğrusu, hamısını Basem Dərviş ələ keçirib.
İndi Elnarə qalıb çıxılmaz vəziyyətdə. Və deyir ki, indi də Basem Darviş ikimizin izdivacından olan 16 yaşlı qızımızı ərəb Veysələ 100 minə satmaq istəyir. Elnarə deyir ki, dəfələrlə onu bu yoldan çəkindirməyə çalışmışam, amma Basemin fikirlərinə görə, nə olsun ki, qızım az yaşlıdır, iki ildən sonra kəbin kəsdirəcəklər… amma mən 100 min qazanacağam…
Basem Darviş dəfələrlə Elnarəyə zorakılıqla əziyyətlər, təzyiqlər göstərib. Bu dəfə də o Elnarəni böyük bəla ilə üz-üzə qoydu... Keçən müraciətində Elnarə bildirmişdi: "Mən bu il ilk dəfə məktəbə gedəcək oğlumdan da nigaranam. Düşünürəm ki, Basem mənə təzyiq üçün uşağımı oğurlaya bilər..." Onun qorxduğu başına gəldi... Məlum oldu ki, 2016-cı ildə Basem bar qadını Nigar, onlara kömək edən Emin adlı şəxslə birlikdə Elnarəni qaçırdıblar. Bu iş Abşeron Rayon Polis İdarəsinin arxivində mövcuddur. Lakin Basem Darviş Elnarənin bütün müraciətlərindən yayınmağı necəsə bacarıb. 2023-cü ildə eyni hadisəni qəzəblənmiş "ata" Basem öz doğma oğlunu oğurlatdırıb ona zülm edərək - döydürərək təkrarlayır...
Elnarə bir ANA olaraq bütün aidiyyəti qurumlardan İMDAD diləyir... Bu acı gerçəklər, mütləq ki, insaflıların qəlbinə toxunacaq. Hüquq Mühafizə Orqanlarından Azərbaycan xanımı olan Elnarəni ərəb Basemin təzyiqlərindən xilas etməyi xahiş edirik.
Sabahnews.az